Nazir imtahanların yeni formatından danışdı

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər barədə ictimaiyyət məlumat alacaq”. 

Azadinform xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə fəaliyyət Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə gördüyü işdir: "Bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmunlu proqramın - kurrikulumun tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda, bu layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir. Bu istiqamətdə işlər daim həyata keçirilir. Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib. İctimaiyyət bu proses üzrə görülən işlərdən məlumat alacaq".

11.09.2017 13:45 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo