Politoloq: Kreml ermənilərin apardığı iki, üçbaşlı oyunlardan bezib

AZADİNFORM. Ermənilərin anti-Azərbaycan kompaniyasında məqsədi AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətini döndurmaqdır. “Barbarossa”ya bənzər bu planın müəllifləri Ermənistan parlamentinin vitse-spikeri və AŞPA-da Ermənistan nümayəndə heyətinin başçısı Arpine Ovannisyan, nümayəndə heyətinin üzvləri Armen Aşotyan və Samvel Farmanyandır. 

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, hər birisinin bu məsələdə şəxsi marağı var: “Məsələn, Arpine Ovannisyan mümkün qədər tez zamanda parlamentin spikeri olmaq istəyir. Çünki bu vəzifəni prezident ona vəd vermişdi. A.Aşotyan S.Sərkisyanın dövründə güclü inkişafa başladı. Nazir və hakim partiyanın baş ideoloqu oldu. İndi aşağı enir. Məqsədi S.Sərkisyan prezidentliyi təhvil verənədək yenidən  ucalmaq istəyir. S.Farmanyan da beləcə. Ona görə prezident S.Sərkisyana yarınmaq üçün variant hazırladılar. Bu da korrupsiyanın bir növüdür”. 

Politoloq vurğulayıb ki, onların ümumi məqsədləri də var. Birincisi odur ki,  Ermənistan son illərdə həm Rusiya, həm də Qərb  məkanında Azərbaycana uduzur: “Ötən il AŞPA-da Dağlıq Qarabağ problemi ilə əlaqədar 2 məruzədən birinin qəbul, digərinin rədd edilməsi Avropa məkanında Azərbaycanla Ermənistan arasında təxmini bərabərliyin olduğunu göstərir. Belə bərabərliyi ermənilər özləri üçün məğlubiyyət hesab edirlər”.

M. Əhmədoğlunun fikrincə, ermənilər və Ermənistan Rusiyada xeyli uduzublar: “Rusiya erməniləri xeyli zəiflədib və bu prosesi davam etdirir. Kreml ermənilərin apardığı iki, üçbaşlı oyunlardan bezib. Rusiya ərazisində yaşayan ermənilərin imkanlarını, təsir zonalarını xeyli azaltmaq kursu götürüb. Ona görə bir sıra ermənilərin rəhbərlik etdiyi şirkətlər əllərindən alınıb, ermənilərə məxsus telekompaniyalar bağlanılır”. 

Politoloq əlavə edib ki, Ermənistana Rusiyadan gələn pulların üzərinə ciddi nəzarət qoyulub: “Bu Rusiyanın Ermənistana olan münasibətidir. Amma ermənilərin fikrincə, Rusiyada ermənilərə qarşı neqativ münasibəti formalaşdıran Azərbaycandır”.

M.Əhmədoğlu deyib ki, Ermənistanın belə fundamental məğlubiyyəti S.Sərkisyanın 9 illik prezidentliyi dövründə baş verib: “S.Sərkisyanın prezidentlik müddətinə cəmi 8 ay qalıb. AŞPA-nın bu sessiyası onun prezidentliyi dövrü üçün sonuncudur. Ermənistan siyasətçilərinin bir qismi S.Sərkisyanın Azərbaycan Prezidenti İlham Əliyevin qabağında məğlub olduğunu başa düşür, amma rüsvayçı məğlubiyyətinə imkan verməməyə çalışırlar”. 

Politoloq bildirib ki, ermənilər Azərbaycanın Avropadakı nüfuzuna da zərbə vurmaq niyyətindədirlər: “Ona görə Avropadakı bütün əlaltılarını işə salaraq bu istiqamətə yönəldiblər. Avropada Azərbaycanın ardıcıl olaraq lobbisti yoxdur, xüsusilə korrupsiya amili bu işdə rol oynamır. Ən azı Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair ötən il AŞPA-ya təqdim olunmuş məruzənin müəllifi olan Böyük Britaniyalı deputat Robert Volterin sonradan Ermənistan xarici işlər naziri E.Nalbandyana zəng etməsi ilə bağlı verdiyi açıqlama göstərir ki, Azərbaycan Avropa siyasətçilərini ələ almaqla məşğul deyil, əksinə ermənilər bu işlə məşğuldurlar”. 

O qeyd edib ki, AŞPA sessiyası ərəfəsində ermənilərin aktivləşməsinin digər amili Rusiya ilə əlaqədardır: “Rusiyada uduzduqlarının əvəzini çıxmaq məqsədi ilə ermənilər  Avropa məkanında təbliğat hücumu reallaşdırmaqla Azərbaycana zərbə endirmək istəyirlər. RF XİN rəsmisi M.Zaxarovanın nəzərinə çatdıraq ki, “RF müttəfiqlərinə zərbə vurmaq” işində RİA “Novosti” -də iştirak edir”.

Politoloq sonda vurğulayıb ki,  bu üç şəxs Ermənistanı guya Qərbə yaxınlaşdırmaq istəyir.

11.09.2017 13:27 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo