Qız uşaqları siqaretdən daha çox təsirlənir

Ləman Hüseynzadə / AZADİNFORM. ABŞ-da 0-2 yaş qrupunda olan uşaqların siqaret tüstüsünə məruz qalmaları ilə bağlı aparılan işlərin nəticələri elan edilib. 

Azadinform-un məlumatına görə, nəticələr 0-2 yaş dövründə siqaret tüstüsünə məruz qalan uşaqlarda ağciyər funksiyalarının ciddi ölçüdə zərər gördüyündən xəbər verir.

“9 Eylül” Universitetinin Tibb Fakültəsində fəaliyyət göstərən Dr. Kılıncın sözlərindən aydın olur ki, həmin tədqiqatda siqaretdən istifadə edən mühitlərdə qız uşaqları digər uşaqlara nisbətən daha çox təsirlənir: “Ana bətnindən etibarən dumana məruz qalan uşaqlar həyatda passiv olurlar.

Ana, hamiləlik dövründə siqaret çəkirsə, körpə kifayət qədər bəslənə bilmir və gözlənilən formada dünyaya gəlmir. İnkişafı tam olmayan uşaqlarda isə xəstəlik riski artır. Bu baxımdan həyat tərzinə fikir vermək çox önəmlidir”.

11.09.2017 13:05 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo