Çelsi ilə oyunda layiqincə çıxış edəcəyik

Samir Soltanov/AZADİNFORM. "Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim böyük arzumuz idi”. 

Azadinform xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frans Press" agentliyinə açıqlamasında bildirib. Q. Qurbanov qeyd edib ki, yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İspaniya və İtaliyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik: “Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərimiz çox güclü və təcrübəlidir: "Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimizlə, dırnağımızla vuruşmağa hazırıq”. 

ÇL-in qrup mərhələsinin ilk turunda "Çelsi"yə qarşı görüşün çətin keçəcəyini bildirən Q. Qurbanov qeyd edib ki, yarışa Londonda başlayırıq: “Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Ancaq orada layiqincə çıxış edəcəyimizə ümid edirik”. 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının C qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə birgə mübarizə aparacaq.

11.09.2017 12:40 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo