Neftçi bu gün yeni baş məşqçi ilə müqavilə bağlayacaq

Eşqin Nuruşov/AZADİNFORM. AZAL-dan ayrılandan sonra istirahətə çəkilən Tərlan Əhmədovun işsiz günləri başa çatır. 

Azadinform xəbər verir ki, 46 yaşlı mütəxəssis bu gün “Neftçi” ilə rəsmi müqavilə bağlayacaq.

Klub rəhbərliyinin böyük ümidlərlə gətirdiyi Əhmədovun qarşısına “ağ-qaralar”ı “qara zolaq”dan çıxarmaq tapşırığı qoyulub. Vaxtilə “Neftçi”də işləmiş çalışdırıcı bu gün həmsoyadı Elşad Əhmədovdan postu təhvil alacaq. Belə ki, futbolçu karyerası ərzində də paytaxt təmsilçisinə xidmət etmiş Tərlan Əhmədovun “Neftçi”dəki ilk məşqi də bu gün baş tutacaq.

Hazırlıq prosesindən öncə isə mütəxəssis komandaya təqdim olunacaq.

Qeyd edək ki, cari mövsümə Elxan Abdullayevlə başlayan “Neftçi” rəhbərliyi “Səbail”ə məğlubiyyətdən sonra millinin sabiq məşqçisi ilə yolları ayıraraq, bu postu müvəqqəti olaraq, əvəzedici heyətin çalışdırıcısı Elşad Əhmədova tapşırmışdı.  

11.09.2017 12:06 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo