Bu dəyişiklik ipoteka kreditlərinə marağı azalda bilər Şərh

Samir Soltanov/AZADİNFORM. “Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq”. 

Azadinform xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov bildirib. O qeyd edib ki, eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakını satışına razılıq verməsi də təklif edilir: "Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığın müəyyənləşdirmək çətindir. Amma başqa dövlətlərdə məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Bu dəyişikliklərin qəbul edilməsi ipoteka kredit götürüb mənzil alanların ödənişi yubatdığı halda illərlə ödəniş etdiyin evin qısa zamanda satılmasına səbəb ola bilər. Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var. Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən zaman təklif etməyə çalışmalıdırlar. Eyni zamanda, əmlakın taleyi məhkəmə qənaətindən sonra icra qərarlarına uyğun həll edilə bilər. Təkliflər isə, bu halda bank tərəfindən mənzilin hərraca çıxarılmasına imkanın verilməsini nəzərdə tutur. Digər tərəfdən, bu hal ipotekaya müraciət edənlərin sayının azalmasına səbəb ola bilər. Çünki yeni təkliflər birbaşa bankları üstün mövqeyə çıxarır ki, bu da ipoteka kreditlərinə marağı azalda bilər".

11.09.2017 11:21 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo