Boksçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb

Eşqin Nuruşov/AZADİNFORM. Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. 

XII dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan millisi də qatılıb. Azərbaycan Boks Federasiyasından Azadinform-a verilən məlumata görə, 19 ölkənin mübarizə apardığı turnirdə yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən Anna Əlimərdanova çıxışını bürünc medalla başa vurub.

54 kq çəki dərəcəsində rinqə çıxan təmsilçimiz Çloe Tomas (Uels) və Dina Jolomana (Qazaxıstan) qalib gələrək, yarımfinala yüksəlib. O, bu mərhələdə Çin Taypeyindən olan Yu-Tinq Linlə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə A. Əlimərdanova turniri 3-cü yerdə bitirib.

Digər boksçumuz Yana Alekseyevna (60 kq) isə 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.

11.09.2017 09:57 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo