Zakir Həsənovun İsrailə rəsmi səfəri başlayıb

Eşqin Nuruşov/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

11.09.2017 09:25 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.01.2018
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo