Saakaşvili Ukrayna ərazisinə keçdi

Gürcüstanda axtarışda olan sabiq prezident və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynanın dövlət ərazisinə keçib.

Azadinform UNN-ə istinadən xəbər verir ki, o, Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" beynəlxalq buraxılış məntəqəsini ora toplaşan tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq keçməyə müvəffəq olub.

Sərhədi keçən zaman Ukrayna polisi ilə fəallar arasında toqquşma baş verib.

Bundan əvvəl Ukrayna tərəfi sərhədin minalanması səbəbindən buraxılış məntəqəsi ilə giriş-çıxışı müvəqqəti olaraq bağlamışdı. Sərhədin Polşa tərəfindən isə Mixail Saakaşvili Ukrayna ərazisinə keçməyə hazırlaşırdı.

10.09.2017 21:34 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo