Qarabağ Londona yola düşüb

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” İngiltərəyə yollanıb.

Təmsilçimiz bu gün Bakı-London reysiylə görüşün keçiriləcəyi şəhərə yola düşüb.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda gənclərin “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də başlayacaq. (apa)

10.09.2017 20:17 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo