Rəcəb Tayyib Ərdoğan Donald Trampla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Anadolu agentliyi məlumat verir ki, telefon danışığı zamanı hər iki lider Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində bir araya gələcəklərini bildirib.

Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlığa diqqəti çəkən hər iki lider, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və regiondakı sabitliyin artırılması üçün birlikdə işləməyə davam etmənin vacibliyini vurğulayıblar. (azərtac)

10.09.2017 12:29 / Baxılıb: 251 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo