Dünya Bankının vitse-prezidenti Azərbaycana gələcək

Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Sirill Müller Bakıya səfər edəcək.

Bu barədə təşkilatın Bakı ofisindən məlumat verilib.

S.Müllerin Bakıya sentyabrın 18-19-u səfər edəcəyi bildirilib. Səfər zamanı onun yüksək səviyyədə görüşlər keçirməsi planlaşdırılır.

Bundan başqa o, sentyabrın 19-u keçiriləcək Azərbaycanın Dünya Bankına qoşulmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edəcək. (trend)

9.09.2017 20:25 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo