Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilir

Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilir.

Festival çərçivəsində ilk olaraq Heydər Əliyev sarayının foyesində sərgi təşkil olunub. Sərgidə İndoneziya mədəniyyət nümunələri nümayiş olunub. Daha sonra sərginin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fənani bildirib ki, bu ili iki ölkə arasında münasibətlərin 25 illiyi qeyd olunur. O iki ildir Azərbaycanda belə bir festival təşkil etməkdən məmnun olduğunu bildirib: "İndoneziya və Azərbaycan bir sıra beynəlxalq forumlarda müttəfiqdirlər. Bu festival Azərbaycan xalqına, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirilir".

Səfir bildirib ki, İndoneziyada 1340 etnik qrup var. O, Azərbaycanın da zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğulayıb: "Hər iki ölkə tolerantlıq  və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, bu festival iki ölkənin faydası naminə güclərini birləşdirmək sahəsində körpü rolunu oynayacaq".

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konserti izləyənlər arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri, digər ictimai, siyasi və mədəniyyət xadimləri də olub. (apa)

9.09.2017 17:49 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo