Saqqız qabından narkotik maddə çıxdı

Samir Soltanov/AZADİNFORM. İrandan Azərbaycana narkotik maddə keçirməyə cəhd edən şəxs yaxalanıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata götə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl çantası və əlindəki pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb. 

Bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib. Baxış zamanı, vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə - tiryək aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.

9.09.2017 11:34 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo