Meksikada 3 günlük matəm elan edilib

Samir Soltanov/AZADİNFORM. Meksikada  baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. 

Azadinform “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölkə prezidenti Enrike Penya Nyeto fəlakət bölgəsinə yollanıb. O, dağıdıcı zəlzələ nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib. 

Qeyd edək ki, Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

9.09.2017 10:02 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo