Bakıda oğurlanan avtomobil Xınalıqda tapılıb

Bakıda oğurlanan avtomobil Quba rayonunun Xınalıq kəndində tapılıb.

Məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Yasamal rayon 29-cu polis şöbəsinin ərazisindən VAZ 2107 markalı 10-ND-770 dövlət nömrə nişanlı avtomobili qaçıran şəxslər Quba rayonunda Xınalıq kəndi istiqamətində avtomobili qoyub qaçarkən yaxalanıblar.

1990-cı il təvədlüdlü, Ağsu rayon sakini Sərxan İlqar oğlu Hüseynov və Bakı şəhəri, Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Anar Rəjdin oğlu Musayev Quba rayon ərazisində saxlanılıb və polis şöbəsinə gətiriblər.

Onların xalaoğlu olduqları bildirilir. 

Faktla bağlı araşdırma aparılır. (report)

8.09.2017 19:57 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo