Ronaldonun fantastik yuxu rejimi

Eşqin Nuruşov/AZADİNFORM. "Real”ın futbolçusu Kriştiano Ronaldo formada qalmaq üçün yuxu rejiminə də ciddi riayət edir. 

Azadinform xəbər verir ki, Ronaldonun yuxu rejiminə bu sahədə püxtələşmiş məşhur doktor Nik Litlheyls nəzarət edir. O, Ronaldonun gündüzlər 5 dəfə yuxuya getdiyini bildirib: 

"Ronaldo mənim metodumla həmişə maraqlanıb. Çünki o, daim özü haqda düşünür. Portuqaliyalı gündüzlər 5 dəfə yuxuya gedir. O, hər dəfə 1,5 saat yatır. Hər dəfə də yataq dəsti dəyişdirilir.

Gecə yuxusuna 1,5 saat qalmış isə Ronaldo televizora baxmır, əlinə telefon götürmür. Belə olanda orqanizm özünü daha yüngül hiss edir”.

8.09.2017 17:41 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo