Burak Özçivitlə Devid Bekhamı birləşdirən layihə

Ləman Hüseynzadə / AZADİNFORM. “Kara Sevda” filmi ilə daha çox izləyici qazanan məşhur aktyor Burak Özçivit futbolçu Devid Bekhamla eyni layihədə yer alacaq. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dubay firmalarından birinin İstanbulda açdığı alış-veriş mərkəzinin siması olan Özçivit məşhur futbolçu ilə birgə reklama çəkiləcək.

Qeyd edək ki, Burak Özçivit daha əvvəl çəkildiyi reklamdan 5 milyon lirə (təxminən 2 milyon 500 min manat) qonorar alıb. Aktyor bu dəfə Bekhamla firmanın Nyu-York layihəsində olacaq.

8.09.2017 15:50 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo