Kolleclərin vakant yerlərinə qəbulun nəticələri açıqlanıb

Samir Soltanov/AZADİNFORM. Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tam orta təhsil bazasında tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalında çap olunub. 

Bu barədə Azadinform-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. DİM 2017/2018-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini çap edib. 

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

(Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

8.09.2017 14:12 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo