Sumqayıtda avtobus qaçırılıb

Eşqin Nuruşov/AZADİNFORM. Sumqayıtda avtobus qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, ötən gün Sumqayıtdan şəhər sakini Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb.

Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və Post Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən avtobusa “saxla” işarəsi verilib, lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb və sürücü, şəhər sakini İlkin İsmayılovla birlikdə 4-cü Polis Bölməsinə təhvil verilib.

8.09.2017 13:14 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo