Həmyerlisini güllələyən Balaxanı sakini silahı polisə təhvil verib

Eşqin Nuruşov/AZADİNFORM. Daxili İşlər Nazirliyi iki gün əvvəl Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Azadinform nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

Ötən gün həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədildiyini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi təhvil verib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

8.09.2017 13:00 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo