Teatr sentyabr ayının tamaşalarını açıqlayıb

Ləman Hüseynzadə / AZADİNFORM. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr ayında nümayiş ediləcək tamaşaların siyahısını açıqlayıb. 

Teatrın mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, 90-cı yubiley mövsümünə start verən teatr 23 sentyabrda mövsümə gündüz saat 12-də C.Rodarinin “Çippolino”, axşam 19:00-da isə M.F. Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşaları ilə start verəcək. Eyni zamanda, “Hekayəti-Xırs quldurbasan” tamaşası Beynəlxalq Sülh gününə həsr olunacaq. 

Daha sonrakı günlər 24 sentyabrda saat 14:00-da A.Lindqrenin “Uzuncorab Pippi”, 19:00-da İ.Əfəndiyevin “ Sarıköynəklə Valehin nağılı”, 29 sentyabrda saat 19:00-da T.Vəliyevanın “Cəza”, 30 sentyabrda isə saat 14:00-da Ş.Perronun “Çəkməli pişik”, saat 19:00-da V.Şuqrayeva, Ə.Əmirlinin “Qohumlar” tamaşası nümayiş ediləcək.

7.09.2017 17:46 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo