Xızıda Mikayıl Müşfiqin xatirəsi anılıb

Ləman Hüseynzadə / AZADİNFORM. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və  S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda  şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib. 

Mədəniyyət və Turizm Nazirliyindən Azadinform-a verilən məlumata görə, Mikayıl Müşfiq muzeyində baş tutan tədbirdə muzeyin direktoru Orxan Əzimov şairin qısa ömür yolu və yaradıcılığı, o cümlədən, muzeyin fəaliyyəti  haqqında ətraflı məlumat verib.

Şairin abidəsi önündə davam edən tədbirdə yazıçı Hafiz İmamnəzərli, şairə, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək tədbir haqqında məlumat veriblər. Bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların mütaliə marağının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini uşaqlara tanıtmaqdır.

Daha sonra Mikayıl Müşfiqin şeirləri Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri İnci Hüseynzadə (“Zəhra üçün”), İsmayıl Hüseynov (“Sənin gülüşlərin”), Xoşqədəm Bağıyeva (“Gecə düşüncəsi”), Nəzrin Ağayeva (“Yaşa könül”), Zəhra Bəşirli (“Şeirim”), Mirvüqar Seyidzadə (“Torpaq”), İlahə Bağıyeva (“Küləklər”), Cavidan Mirzəzadə (“Qurban”), Lətifə Mahmudova (“Gəzdiyim yerlər”), Ayan Ağayevanın (“Ana”) ifasında dinlənilib.

Tədbir Mikayıl Müşfiq obrazının ifaçısı Ərtoğrul Salıflının ifasında şairin şeirləri ilə yekunlaşıb.

7.09.2017 16:47 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo