Alişan nikahına az qalmış nişanlısından ayrıldı

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyəli müğənni Alişan nişanlısı Eda Eroldan ayrılma xəbərini təsdiqləyib.

Azadinform xəbər verir ki, müğənni bu barədə öz sosial şəbəkə hesabında açıqlama verib. Oktyabrda nikaha girməyə hazırlaşan cütlüyün bilinməyən bir səbəbdən dolayı 3 gün əvvəl aralarında mübahisə yaranıb və həllini tapmadıqda ayrılmağa qərar veriblər. Alişan açıqlamasında bildirib ki, Eda ilə nişanı geri qaytarma xəbərləri doğrudur: “Bir yerdə olmağımızın evliklə sona çatmasını istərdik. Təəssüf ki, olmadı. Nişanlılıq onsuz da bir-birini tanımaq müddətidir. Biz bu dönəmdə razılığa gələ bilməyəcəyimizi başa düşdük. Öz aramızda danışıb ayrılıq qərarı aldıq və ailələrimizə bildirdik. Onlar bizi barışdırmaq üçün lazımı qədər səy göstərdilər, sağ olsunlar. Amma iki yetkin gənc olaraq biz verdiyimiz qərardan əminik. Bu ayrılıq qərarından sonra tərəflərin bir-birinə düşmən ya da qarşılıqlı iddiaların gözləməyin. Eda mənim həyatımda həmişə yaxşı və xanımlığı ilə xatırlanacaq biridir. Bütün mətbuat işçilərindən xahişim bu müddətdə əlaqəmizlə bağlı quracağınız hər cümlə fərdi və ayrılıq qərarı alan bizdən daha çox ailələrimizi kədərləndirir. Biz onsuz da onları kədərləndirdik. Bu mövzuda lazım olan həssaslığı göstərməyinizi istəyirəm”.

Qeyd edək ki, E.Erol Türkiyə telekanallarından birində proqram aparıcısı olan Esra Erolun bacısıdır.

6.09.2017 17:50 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo