Hamburger mədədə ərimək əvəzinə şişir Fotofakt

Ləman Hüseynzadə / AZADİNFORM. “Fast food” məhsullarını sevən və tez-tez istifadə edənlər üçün hamburger üzərində maraqlı bir araşdırma aparılıb. 

Azadinform xəbər verir ki, Böyük Britaniyanın Nottingham Universitetindən olan tədqiqatçılar hamburger yedikdə mədədə nələr baş verdiyini müşahidədən keçiriblər. Mədə turşusunun hidroxlor ilə bərabər dəyərdə olduğunu deyən elm adamları, hamburgeri içərisində xlor olan suya batıraraq mədədə gerçəkləşən vəziyyəti aydın şəkildə nümayiş etdiriblər.

Qeyd edək ki, hidroxlor yeməklərdəki bütün bakteriyaları dərhal öldürməyi və paramparça etməsi ilə məşhurdur. 

Araşdırmaçılar 3 saat yarımdan sonra hamburgeri xlor olan suyun içərisindən çıxartdıqda onun ərimədiyini, əksinə şişdiyini görüblər. Bu da o deməkdir ki, hamburger mədədə ərimək əvəzinə şişir və sağlamlığımız üçün olduqca böyük bir risk yaradır. 

6.09.2017 15:20 / Baxılıb: 118 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.11.2017
24.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo