Kurtlar Vadisi Vatan filminin balaca qəhrəmanları

Ləman Hüseynzadə / AZADİNFORM. Baş rolda Necati Şaşmazın çəkildiyi “Kurtlar Vadisi Vatan” filminin əsas rollarını təmsil edən 4 azyaşlı aktyor komandanı özlərinə heyran edib.  

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Polad Alemdar”ın həm daxildə, həm də sərhəddə olan işğalçılara qarşı döyüşdüyü filmdə Hatice Armutlu, Nihat Küçüksolak, Oğuzhan Yavuz və Kerim Ardıç adlı yetkinlik yaşına çatmamış aktyorlar da vətəni qorumaq üçün mübarizə aparırlar. Məlumata görə, uşaqlar ilk fəaliyyət təcrübələrində unudulmayacaq bir rola imza atıblar. Filmin prodüseri N.Şaşmaz və rejissoru Serdar Akar balacaları bu müvəffəqiyyətlərinə görə təbrik edib və uşaqlar səbirsizliklə filmin yayımlanacağı günü gözlədiklərini söyləyiblər.

Qeyd edək ki, film 29 sentyabrdan etibarən tamaşaçıların qarşısında olacaq.

5.09.2017 16:42 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo