Artıq dünyada Bill Geytsdən də varlı adam var

İspaniyanın “Inditex”şirkəti və “Zara” ticarət markasının yaradıcısı Amansio Orteqa “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin adamına çevrilib.

Məlumata görə,“Inditex”-in səhmlərinin qiymətinin kəskin artması A.Orteqaya “Microsoft”un yaradıcısı Bill Geytsi üstələməyə imkan verib.

“Forbes”un hesablamalarına  əsasən, hazırda A.Orteqanıın sərvəti 85 milyard dollar təşkil edir. Son ay ərzində 81 yaşlı iş adamı sərvətini 1,2 milyard dollar artıra bilib.

“Inditex”in başçısı bundan əvvəl iki dəfə,  2015 və 2016-cı illərdə "Forbes" jurnalının reytinqdə 1-ci yerə yüksəlsə də, qısa müddət ərzində birincilik yenidən B.Qeytsə keçib.

31.08.2017 09:55 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo