Məşhur futbolçu Acunun təklifini qəbul etmədi

“TV8” kanalının rəhbəri Acun Ilıcalı növbəti mövsümdən etibarən “Survivor Braziliya” yarışmasını da çəkəcək.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışma üçün iştirakçılar axtaran Acun, keçmiş futbolçu Aleks de Souzaya da təklif göndərib.

Lakin, Aleks təklifi qəbul etməyib. Keçmiş futbolçunun Braziliyada telekanallardan birində şərhçi kimi çalışacağı bildirilir.

Qeyd edək ki, Acun və Aleks arasında yaxın dostluq əlaqələri var. Aleks “Survivor Türkiyə”də qonaq olmuşdu. Onun təklifi qəbul etməməsi Acunu da təəccübləndirib.

29.08.2017 23:56 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.01.2018
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo