İki məşhur rəfiqə arasında gərginlik

Türkiyənin iki məşhur ulduzu: Demet Akalın və İşın Karaca arasında soyuq küləklər əsməyə başlayıb.

Azadinform xəbər verir ki, iki yaxın rəfiqə Karacanın instaqramdakı paylaşımından sonra münasibətlərinə son qoyub.

İşın sosial şəbəkədə “Mən düşmənimə yaşatmasın deyirəm, başqaları “oh” çəkir” yazıb.  Akalın isə həmin statusa “Kədərli ola bilərsən, amma bunu mənə yoluxdurma” şərhini yazıb. 

Müğənni mətbuata açıqlamasında məsələyə aydınlıq gətirib. Karaca Demetlə artıq rəfiqə olmadığını söyləyib:

“Akmerkezdə müxbirlər mənim şəklimi çəkdi. Bu sırada bir qadın mənə söz atdı, ona cavab kimi sosial şəbəkədə paylaşdığım fotoya belə şərh yazdım. Demet də tərs tərəfindən qalxıb, bunu səhv başa düşüb. Ona verdiyim dəyərin qarşılığını görmədim, dostluq münasibətimi kəsdim. Bundan sonra “salam-sağ ol” olacaq”.

28.08.2017 23:11 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo