Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi

Müğənni Seda Sayan yaşının 6 il böyüdüldüyünü iddia edərək məhkəməyə müraciət edib.

Azadinform-un Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədlərdə 1959-cu il doğumlu olaraq göstərilən müğənni təvəllüdünün əslində 1965-ci il olduğunu bildirib.

Qeyd edək ki, analoji iddia ilə Sibel Can da ötən il məhkəməyə müraciət etmişdi. O, sənədlərdə 1964-cü il doğumlu olaraq göstərilən təvəllüdünün əslində 1970-ci il olduğunu bildirmişdi.

Məhkəmənin qərarına əsasən, Sibel Canın doğum təvəllüdü 1 avqust 1970-ci il olaraq dəyişdirilmişdir.

24.08.2017 23:48 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo