Cənnətimsən QARABAĞ!

“Qarabağ”da zəfər var!

 

                                                      Qələbə gecəsindən sevinc notları:

Nə qəşəngsən ay Bakı, boyuna nə gözəl yaraşırmış QƏLƏBƏ! Bir anda qırmızıya bələndin, ocağa döndün. Sevincin dadı dadıymış, ilahi! Bə deyirdilər odun üstünü kül basıb?! Noldu bu millətə?! Bir adın eşqinə hamı  havalandı, axı!  

Bir ölkə dolusu adam televizor deyilən o qutuya diqqət kəsilib.  

Urraaa, vurdu! Vurdu komandir, vurdu! Özüm ölüm, bu səfər vurdu. Sənin atdığındı, keçdi qapıdan! 

İkinci dəfə!   

Adınıza qurban!

Fəxr edirəm, Vətənimsən,

sən yaşa, Azərbaycan! 

Eybi yoxdur ölərəm mən,

sən yaşa, Azərbaycan! 

Küçədən gələn səs də var! Güneyin “Traxtur”u da burdadır ki. Yola tökülənlərə bax, bayraqlı əllərdə ümidlər havalanır, Allah! 

İçəri otaqda, efirdə Qurban ağlayır, mən ağlayıram. CANımda bayram var! Mənim millətimə zəfərlər yaraşır! 

Bir şəhid oğlunun dedikləri: “Bizə bu günü çox görməyin. Elə bilin dünyadan köçən bir şəhidin övladı dünyaya gəlib.” Sevincə bax, dərdimiz üstündə at oynadır. Gecə səssiz deyil bu dəfə, gecənin başına hava gəlib, Qarabağ havası! 

Qurbanımız qəbul olsun a Qurban! Sağ ol! Bir ölkə boyda sevdik səni, bir həsrət boyda sarıldıq. 

İndi yuxu vaxtıdır. Səhərə də az qalıb. Bütün qaranlıqlardan Günəşə çıxmaq eşqilə Qarabağ adına sevinən, ürəyi o topda atan hər kəsi bağrıma basıram! İnanıram və əminəm ki, Tanrı bir gün torpaq Qarabağda həqiqi QƏLƏBƏdən doğan sevinc göz yaşlarını qismət edəcək.


Kədərlərdən sevinclərə üzüağ çıxmaq diləyi ilə

Nigar İSFƏNDİYAR  

24.08.2017 15:26 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo