Dünyada ilk Okean axınlarından elektrik enerjisi alındı

Yaponiyanın “IHI Corporation” şirkəti Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı ilə birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçirib. 

Kuçinoşima adasının yaxınlığında keçirilən sınaq zamanı Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib. 

Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb. Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər. 

Yeni qurğudan 2020-ci ildən başlayaraq istifadə olunacağı gözlənilir. (trend)

22.08.2017 10:26 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo