Terror təşkilatlarının arxasında milyardlarla maliyyə dayanıb

Leyla Məhərrəmova / AZADİNFORM. Nə qədər ki, müxtəlif dairələr terrorçuları maliyyələşdirməkdə davam edəcək, onlar üçüncü dövlətlərin daxili işlərinə qarışaraq sabit ölkələri xaosa sürükləyəcək, dünyada terror davam edəcək.

Bu fikri Azadinform-a politoloq Zaur Məmmədov İspaniyada törədilən terraktı şərh edərkən deyib. O qeyd edib ki, bu  gün terror təşkilatlarının arxasında milyardlarla maliyyə dayanıb: “Hesab edirəm ki, indiki halda terrora qarşı mübarizə aparmaq olduqca çətin məsələdir”. 

Politoloq əlavə edib ki, göründüyü kimi, artıq terror təşkilatları yeni cinayət taktikasına keçib. Bu praktiki olaraq hər dəqiqə mümkün olan, nəqliyyat vasitələri ilə kütlənin üzərinə yeriməkdir: “Demək olar ki, belə terrorun qarşısını almaq mümkün deyil. İndiki halda dünyanın heç bir şəhəri terrordan sığortalanmayıb. Dünya gücləri bir masa arxasında oturaraq terrorçularla mübarizə aparmalıdır, ya da gələcəkdə vəziyyət daha da pis olacaq”.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

18.08.2017 13:15 / Baxılıb: 178 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo