Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, hadisə ötən gün rayonun Qaradağlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini Xanbala Zaidova məxsus "VAZ-21010" markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən dərhal Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib.

Xaçmaz RPŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

18.08.2017 12:50 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo