Erməni hərbiçi yandırılaraq öldürülüb

Ermənistanda ötən gün baş verən amansız qətlin üstü açılıb.

Məlumata görə, Tavuş vilayətinin Nerkin Karmiqyux kəndində 32 yaşlı hərbi qulluqçu Vardan Qriqoryanın yanmış cəsədi avtomobilində aşkar olunmuşdu.

Onun hərbçi yoldaşı A.Lalayan tərəfindən döyülərək öldürüldüyü məlum olub. Qriqoryanın öldüyünü görən Lalayan onun meyitini avtomobilə qoyaraq yandırıb və dərədən atıb. Avtomobil qəzası görüntüsü yaratmaq istəsə də, erməni hərbçinin planı baş tutmayıb. O artıq həbs olunub və barəsində cinayət işi açılıb. (modern.az)

18.08.2017 12:20 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo