XİN rəhbərləri prezidentlərin görüşünü müzakirə edəcək

Leyla Məhərrəmova / AZADİNFORM. "Prezidentlərin görüşü Ermənistan və Azərbaycan XİN rəhbərlərinin danışıqlarının gündəliyində ola bilər". 

Azadinform news.am-a istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan deyib. O bildirib ki, ilk növbədə XİN rəhbərləri prezidentlərin görüşü ilə bağlı bəzi razılaşmaların əldə edilməsi üçün işləməlidir. 

Koçaryan XİN rəhbərlərinin görüşünün nəzərdə tutulduğunu bildirib: “Danışıqlar keçiriləndə prezidentlərin görüşünün təşkil edilməsi də mümkün olacaq”. 

O əlavə edib ki, XİN rəhbərləri sentyabrın ikinci yarısında Nyu-Yorkda görüşəcək. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bundan öncə 2017-ci ilin sonuna qədər prezidentlərin görüşünün təşkil edilməsini təklif edib. 

18.08.2017 12:05 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo