Daxili orqanında narkotik vasitə aşkar olunub

Eşqin Nuruşov/AZADİNFORM. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkəyə narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Bildirilir ki, yoxlama zamanı həmin şəxsin daxili orqanı-düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

18.08.2017 11:10 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo