Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsində həmsədr ölkə prezidentlərindən dəfələrlə aktivdir

AZADİNFORM. “Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər. Belarus prezidenti, ATƏT PA-nın rəhbərliyi ilə Minskdə görüşərkən bu bəyanatı verdi”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, bir az öncə AİB –in iclasında A.Lukaşenko “Biz Qarabağda, Dnestryanı bölgədə və Ukraynada bu problemləri həll edə bilərik. Bunlar bizim problemlərdir. Biz onları xarici “polit bürolarsız” və müdaxilələrsiz həll etməliyik” tezisini ortalığa qoydu.

Politoloq vurğulayıb ki, təxminən eyni vaxtda  A.Lukaşenko  “Biz MDB məkanında Dağlıq Qarabağ və Dnestryanı problemləri həll etməliyik, amma bunu etmirik. Amma ona görə yox ki, etmək olmaz, ona görə ki, müxtəlif maraqlar var. Problemi isə həll etmək lazımdır. Bəyəm Dağlıq Qarabağda əhali daimi müəyyən hərbi problemlərə məruz qalır. Bəyəm bu yaxşı yaşamaqdır... Bu normaldır? Bu normal deyil!” açıqlamasını verdi.

M. Əhmədoğlu əlavə  edib  ki, Dağlıq Qarabağ tənzimlənməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin vasitəçilərsiz görüşünü təklif edən də A. Lukaşenkodur: “ Onun fikrincə, bu münaqişənin tənzimlənməsində heç bir başqa dövlət zamin olmamalıdır. A.Lukaşenko Rusiyanı nəzərdə tuturdu. Belarus prezidentinin irəli sürdüyü təklif Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həqiqi maraqlı olanların tələbinə cavab verir. Ona görə bu təklif Azərbaycanın maraqlarına uyğundur. Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasında maraqlıdır”.

O əlavə  edib ki, A.Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsi mövzusunu həm MDB və həm də Avropa müstəvisində aktuallaşdıran çoxazsaylı liderlərdəndir: “Onun bu tənzimləməyə yanaşması orijinaldır və bu yanaşmaya çoxkomponentlik xasdır. ATƏT MQ  həmsədr olkə prezidentləri heç vaxt buna bənzər yanaşma ortalığa qoymayıblar. A.Lukaşenkonun Dağlıq Qarabağın statusunu  müəyyənləşdirmək məqsədi ilə Minsk konfransının çağırılmasını sürətləndirmək istiqamətində təşəbbüs irəli sürməsi çox faydalı olardı”.

18.08.2017 10:50 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo