Əhali 7 ayda məhsul və xidmətlərə 24 milyard manat xərcləyib

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 24,2 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 1,7 faiz üstələyərək 23,2 milyard manata bərabər olub, 50,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

18.08.2017 10:42 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo