Ən çox əmək haqqı hansı sektora verilir?

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522,0 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3072,4 manat, qeyri-neft sektorunda 462,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 390,5 manat, özəl müəssisələrdə isə 709,1 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

18.08.2017 10:10 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo