Nazim İbrahimov yenidən federasiya prezidenti seçilib

AZADİNFORM. Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbəti hesabat-seçki konfransı keçirilib.

Azadinform-un məlumatına görə, yığıncaqda qurumun rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr müzakirə olunub.

Daha sonra gündəliyə uyğun olaraq, AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib. 

Hesabat-seçki konfransında iştirak edən üzvlərin səsverməsi əsasında Nazim İbrahimov yekdilliklə yenidən federasiyanın prezidenti seçilib.

Daha sonra hesabat-seçki konfransında vitse-prezident, baş katib və nəzarət-təftiş komissiyasının üzvlərinin adlarına aydınlıq gəlib. Ramin Məmmədov Federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət-təftiş komissiyasına üzv seçiliblər.

Federasiyanın Prezidenti Nazim İbrahimov çıxış edərək, ötən dövr ərzində Azərbaycanın idmanın inkişafı sahəsində qazandığı yüksək nailiyyətlər barədə danışıb, Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə idmana yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.

Federasiya rəhbəri yeni seçilmiş heyətə AQF-in yeni fəaliyyət planının hazırlanması, növ üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, vitse-prezident seçilən Ramin Məmmədov əvvəllər bu qurumun baş katibi vəzifəsində çalışıb. Yeni seçkilərdə isə o, idmanın bu növünün ölkəmizdə populyarlaşmasında böyük rol oynayan Yaşar Məmmədovu əvəzləyib.

17.08.2017 19:16 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
    26.09.2017
    Ronaldo evlənir
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo