Milanın futbolçusu İspaniya klubuna keçib

İtaliyanın “Milan” klubunun futbolçusu Karlos Bakka karyerasını İspaniya “Vilyarreal”ında davam etdirəcək.

Azadinform-un Valensiya təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 31 yaşlı kolumbiyalı hücumçu 2017/2018 mövsümündə icarə əsasında “Vilyarreal”ın formasını geyinəcək.

Müqavilədə ispaniyalıların onun satınalma hüququna malik olmaları barədə də bənd var.

Qeyd edək ki, Karlos Bakka 2015-ci ilin yayında “Sevilya”dan “Milan”a keçib. O, İtaliya komandasının heyətində keçirdiyi 70 oyunda 31 qol vurub.

16.08.2017 20:21 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo