Suriya ordusu Əs-Suxna şəhərini İŞİD-dən tamamilə azad edib

Suriya ordusu Rusiyanın Kosmik Hava Qüvvələrinin dəstəyi ilə Əs-Suxna şəhərini İŞİD-dən azad edib.

Azadinform xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Hüms vilayətinin şərqindəki şəhər terrorçulardan tamamilə azad olunub. 

Nazirliyin məlumatında qeyd olunur ki, şəhərin azad edilməsi hökumət qüvvələrinə silahlıların 3 ildir mühasirədə saxladığı Deyr-ez-Zora hücum imkanları yaradır.  

13.08.2017 16:54 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo