Hindistanda 15 nəfəri öldürmüş fil güllələnib

Hindistanın Carkxand ştatında xüsusi ovçular dəstəsi 15 nəfəri öldürmüş və bir neçə evə zərər vurmuş aqressiv fili güllələyib.

Azadinform xəbər verir ki, bu barədə "TASS" "NDTV" telekanalına istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, fil adət-ənənəyə uyğun olaraq cəngəllikdə çiçəklərlə dəfn ediləcək.

Erkək fil 25 il ərzində Carkxandda aqressivliyi ilə seçilib və daim insanlara hücum edib. Bu ilin mart ayında 11 nəfər onun hücumunun qurbanı olub. O, qonşu Bihar ştatında da daha 4 nəfəri öldürüb. 

Yerli sakinlər hakimiyyət orqanlarından təhlükəli heyvana qarşı tədbrlər görülməsini uzun müddət tələb edib. Lakin problemi tezliklə həll etmək mümkün olmayıb: - ölkədə xortumluların mühafizəsi üzrə xüsusi qanun qüvvədədir. Qanuna əsasən onların ovu ciddi şəkildə qadağan edilib və aqressiv heyvanların məhv edilməsi üçün hakimiyyətin xüsusi qərarı tələb olunur. Amma filin insanlara ardı kəsilməyən hücumları hakimiyyəti qəti tədbir görməyə məcbur edib.

13.08.2017 15:12 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo