ABŞ Əfqanıstanda İŞİD-in 4 komandirinin öldürüldüyünü bildirib

Əfqanıstana endirilmiş hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 4 yüksək vəzifəli üzvü məhv edilib.

Azadinform xəbər verir ki, bu barədə "Reuters" Kabildəki ABŞ komandanlığına istinadən məlumat yayıb.

Komandanlığın məlumatına görə, Kunar vilayətində keçirilmiş əməliyyat zamanı özünü əmir elan etmiş "İŞİD-Xorasan" qrupunun rəhbəri Abdul Rəhman məhv edilib. 

"Abdul Rəhmanın zərərsizləşdirilməsi "İŞİD-Xorasan" təşkilatının rəhbərliyinə daha bir zərbədir", - deyə Əfqanıstanda Amerika qoşunlarının komandanı, general Con Nikolson bildirib. Onun sözlərinə görə, Əfqanıstanda İŞİD döyüşçülərinin üzərində qələbə bu il əldə ediləcək.

13.08.2017 14:57 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo