Çində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 25 nəfərə çatıb

Çinin cənub-qərbində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 25 nəfərə çatıb.

Azadinform-un məlumatına görə, bu barədə "RİA Novosti" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 493 nəfər xəsarət alıb. Sıçuan vilayəti rəhbərliyinin verdiyi məlumata görə, avqustun 8-də vilayətin Çzyuçjayqou kəndində, 7 maqnitudalı zəlzələ zamanı ölmüş 25 nəfərdən 21-nin şəxsiyyəti müəyyən edilib. Dörd nəfərin kimliyi isə hələ müəyyənləşdirilməyib.

Xilasedicilər bu günə kimi axtarış işlərini davam etdirirlər. Əməliyyata hərbçilər və yanğınsöndürənlər də cəlb edilib. 

13.08.2017 14:32 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo