Hindistanda 7 nəfər sürüşmənin qurbanı olub

Hindistanda 7 nəfər sürüşmənin qurbanı olub.

Azadinform-un məlumatına görə, bu barədə "İANS" agentliyi xəbər verib. 

Xəbərdə bildirilir ki, hadisə Ximaçal-Pradeş ştatında, Mandi dairəsində baş verib. Sürüşmənin ölkə  əhəmiyyətli avtomagistralda baş verdiyi bildirilir. Hadisə zamanı iki avtobus torpaq altında qalıb.

Təbii hadisə zamanı daha 10 nəfər itkin düşüb.

"Times of India" isə ölənlərin sayının 50 nəfər olduğunu bildirib. Hadisə yerində hakimiyyət orqanlarının və hərbçilərin də cəlb edildiyi axtarış-xilasetmə işləri aparılır. Qeyd olunur ki, ərazidə 5 nəfər xilas edilib. 

13.08.2017 14:06 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo