Tramp və Çzinpin Şimali Koreya məsələsini müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və Çin rəhbəri Si Çzinpin arasında telefon danışığı olub.

Azadinform-un məlumatına görə, bu barədə "Amerikanın səsi" xəbər verib.

Xəbərdə bildirilir ki, dövlət başçıları telefon söhbətinin gedişatında yenidən Koreya yarımadasının nüvə silahından azad zona elan edilməsi ilə bağlı ümumi mövqelərini bildiriblər.

Ölkə liderləri qeyd ediblər ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya dair yeni qətnaməsinin regionda sabitliyin və sülhə nail olmaq yolunda vacib və zəruri addım olması fikri ilə yekdildirlər.

Həmçinin xəbər verilir ki, liderlər Koreya yarımadasının denuklearizasiyasına (nüvə silahından azad zona) sadiq olduqlarını təsdiqləyərək, Şimali Koreyanın təxribatçı və təzyiqi artıran hərəkətlərini dayandırması zəruriliyini qeyd ediblər. 

13.08.2017 13:49 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo