İsveçdə atışma olub: Xəsarət alanlar var

İsveçin Malmö şəhərində naməlum şəxs həmkarlar ittifaqının binasına atəş açıb.

Azadinform xəbər verir ki, bu barədə "Aftonbladet" polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı binada təxminən 100 nəfər olub. Ərazidə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları işləyir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

13.08.2017 12:38 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo