"Qəbələ" yeni mövsümə qələbə ilə başlayıb

"Qəbələ" klubu futbol üzrə 2017/2018 mövsümünə qələbə ilə başlayıb.

Azadinform-un məlumatına görə, əyalət təmsilçisi Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "İnter"i məğlub.

"İnter Arena"da baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarına Elvin Məmmədovla Filip Ozobiç imza atıblar. Meydan sahiblərinin yeganə qolunu isə Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, mövsümün açılış oyununda "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. Hesabat turuna avqustun 13-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

I tur 

12 avqust (şənbə)

"İnter” – "Qəbələ” - 1:2 

Qollar: Pərdis Fərcad-Azad, 70 - Elvin Məmmədov, 13. Filip Ozobiç, 24-p.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

Bakı, "İnter Arena”

13.08.2017 12:09 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo